kriminal.az
Azərbaycan Kuboku: Yarımfinala vəsiqə qazanan daha bir komanda bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Kriminal.Az xəbər verir ki, "Araz-Naxçıvan" 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 2:0.

3-cü və 45-ci dəqiqədə Felipe Santos penalti zərbəsini dəqiq yerinə yetirib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn naxçıvanlılar növbəti raunda yüksəliblər. Komanda finala gedən yolda "Qarabağ"la üz-üzə gələcək.

Saat 19:30-da start götürəcək matçda "Neftçi" "Kəpəz"i (ilk oyun - 2:0) sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.

Bu gün Azərbaycan Kubokunda dörddəbir final mərhələsinə iki görüşlə yekun vurulacaq.

Kriminal.Az xəbər verir ki, sonuncu oyun günündə "Zirə" "Araz-Naxçıvan"ı, "Neftçi" isə "Kəpəz"i qəbul edəcək.

Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk oyun günündə "Qarabağ" "Səbail"i 3:1, "Sabah" isə "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarımfinalda "Neftçi" - "Kəpəz" cütünün qalibi "Sabah"la, "Zirə" - "Araz-Naxçıvan" görüşünün qalibi isə "Qarabağ"la üz-üzə gələcək.

28 fevral

Azərbaycan Kuboku

1/4 final

Saat 16:00, "Zirə" - "Araz-Naxçıvan"

Saat 19:30, "Neftçi" - "Kəpəz"

Top
0.048920154571533