Kiyev və Vaşinqton arasında faydalı qazıntılar üzrə saziş Ukraynanın iki hissəyə bölünməsinə səbəb olacaq, onlardan biri ABŞ-nin 51-ci ştatına çevriləcək.
Kriminal.Az xəbər verir ki, bu barədə İtalyanın "Il Fatto Quotidiano" qəzeti yazıb.
Qəzet hesab edir ki, bu saziş Rusiyanın təhlükəsizliyi üçün dolayı zəmanət təmin edir.
Bildirilir ki, nadir metallar üzrə saziş sülh prosesinin ilk addımıdır və Ukraynanın iki hissəyə bölünməsini nəzərdə tutur:
"Rusiyanın nəzarətində qalacaq ərazilər və "yeni Ukrayna", hansı ki, BMT, Aİ və ya NATO tərəfindən deyil, birbaşa Vaşinqton tərəfindən idarə olunacaq. Bu "yeni Ukrayna" bir növ ABŞ-nin 51-ci ştatı olacaq. Bu isə öz-özlüyündə Moskva üçün təhlükəsizlik zəmanəti olacaq, çünki heç kim ABŞ və Rusiya arasında birbaşa toqquşmaya getməyəcək",- qəzet qeyd edib.