kriminal.az
Yannik Sinnerə Monakoda məşq etmək üçün icazə verilmədi

"Böyük Dəbilqə" turnirlərinin üçqat çempionu, dünyanın bir nömrəli tennisçisi Yannik Sinner antidopinq qaydalarını pozduğuna görə aldığı üç aylıq diskvalifikasiya müddətində Monte-Karlodakı tennis klubunda məşq edə bilməyəcək.

Kriminal.Az xəbər verir ki, bəzi İtaliya nəşrləri Sinnerin belə planlarının olduğunu açıqlamışdı.

"Monte-Karlo klubunun iki tennis federasiyasına üzvlüyü var: Fransa və Monako. Bu, şəxsi klub olsa da, bu, onu öhdəliklərdən azad etmir", - "Tennis Italiano"ya müsahibə verən klubun mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd edək ki, ITIA-nın diskvalifikasiya qaydalarına görə, qadağan olunmuş oyunçu diskvalifikasiya dövründə milli tennis federasiyalarına bağlı klublarda məşq edə bilməz.

Xatırladaq ki, Sinnerin diskvalifikasiya müddəti mayın 4-də başa çatacaq, lakin o, aprelin 13-də rəsmi məşqlərə başlaya biləcək.

Top
0.050173997879028