"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun cəzası azaldılıb.
Kriminal.Az "Fanatik"ə istinadən xəbər verir ki, bu barədə Arbitraj Şurasının verdiyi açıqlamada bildirilib.
"Fənərbağça"nın baş məşqçisinin dörd oyunluq cəzası azaldılaraq, iki oyuna endirilib.
Lakin "Qalatasaray"ın baş məşqçisi Okan Burukun oyun cəzası dəyişdirilmədən saxlanılsa da, 1.5 milyon lirəlik (Təxminən 70 min manat) cəzası 500 min lirəyə (23 min 350 manat) endirilib.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın baş məşqçisi Okan Buruku bir, "Fənərbağça"nın çalışdırıcısı J.Mourinyonu isə dörd oyunluq cəzalandırmışdı.
O.Buruk derbidən sonra keçirilmiş mətbuat konfransında etik olmayan açıqlamalarına görə, J.Mourinyo isə qarşılaşmanın final fitindən sonra hakimlərin paltardəyişmə otağına gələrək, təhqiramiz ifadələr işlətdiyinə görə cəzaya məruz qalmışdı.
Bundan başqa, "Fənərbağça"nın qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirməsi qərara alınıb.
Xatırladaq ki, "Qalatasaray" - "Fənərbağça" matçında qol səsi eşidilməyib.