kriminal.az
Vəziyyəti ağırlaşan Roma Papası OYANDI - Son vəziyyəti açıqlandı

Roma Papası Fransisk ötən gün keçirdiyi yeni tənəffüs tutmasından (bronxospazm) sonra oyanıb.

Kriminal.Az-ın məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti xəbər verib.

Onun gecəni sakit keçirdiyi vurğulanıb.

88 yaşlı pontifik ikitərəfli pnevmoniyadan əziyyət çəkir və bronxospazm səbəbindən təcili tənəffüs yardımı tələb olunub. Bu tənəffüs tutması onun tənəffüs orqanlarının fəaliyyətini daha da pisləşdirib. Papanın ağciyərlərinə qeyri-invaziv süni ventilyasiya tətbiq edilib.

Vatikan mənbələrinin verdiyi məlumata görə, ümumi klinik mənzərəni nə dərəcədə pisləşdirə biləcəyini anlamaq üçün 24-48 saat tələb olunacaq.

Top
0.054862976074219