Yüngül atletika üzrə isveçli atlet, ikiqat Olimpiya çempionu Arman Düplantis şüvüllə tullanma üzrə dünya rekordunu yeniləyib.
Kriminal.Az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verib.
Bildirilir ki, Kleremon şəhərində keçirilən turnirdə o, 6.27 metr hündürlüyü aşaraq növbəti uğuruna imza atıb.
Bu, idmançının dünya rekordunu 11-ci yeniləməsidir.
Qeyd edək ki, əvvəlki rekord (6.26 metr) onun tərəfindən 2024-cü ilin avqustunda Polşanın Sileziya şəhərində keçirilən "Brilyant Liqa" mərhələsində qeydə alınmışdı.
25 yaşlı Düplantis beynəlxalq arenada ilk dəfə 2015-ci ildə çıxış etdiyi yeniyetmələr arasında dünya çempionatında kürsünün ən yüksək pilləsini qalxıb. 2016-cı ildə isə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. Düplantis tarixin ən titullu şüvüllə tullanma ustalarından biri sayılır.
Tokio və Paris Olimpiya Oyunlarında qızıl medal qazanan İsveçli idmançı, iki dəfə dünya, üç dəfə isə Avropa çempionu olub.