kriminal.az
Futbolda bir qayda dəyişdirildi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçının topu əlində saxlaması ilə bağlı qaydalara dəyişiklik edib.

Kriminal.Az xəbər verir ki, bu barədə IFAB-ın Mətbuat Xidməti məlumat yayıb.

Yeni qaydalar 2025/26-cı illər mövsümündə qüvvəyə minəcək.

Yeni təlimatlara əsasən, "səkkiz saniyə qaydası" tətbiq edilir. Qapıçı topu səkkiz saniyədən çox əlində saxlayarsa, rəqibin xeyrinə künc zərbəsi təyin ediləcək.

Bunadək "altı saniyə qaydası" qüvvədə idi, həmin qaydaya uyğun olaraq, rəqibin xeyrinə sərbəst zərbə təyin edilirdi.

Yeni təlimatlar matçın vaxtının uzadılması ilə mübarizə aparmaq məqsədi daşıyır.

Top
0.047569036483765