Boliviyada iki avtobusun toqquşması nəticəsində ən azı 37 nəfər ölüb.
Kriminal.Az xəbər verir ki, bu barədə yerli "El Pais" qəzeti məlumat paylaşıb.
Bildirilir ki, yol-nəqliyyat hadisəsi zamanı 30 nəfər də xəsarət alıb. Onların sağlıq durumları hələ məlum deyil.
Qəzanın səbəbləri araşdırılır.