kriminal.az
Tramp Zelenski ilə naharda nə yeməli idi? - Ağ Ev nümayəndəsi açıqladı

Ağ Evin aparat rəhbərinin müavini Den Skavino Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyətinin Vaşinqtonda Birləşmiş Ştatların dövlət başçısı və komandası ilə etməli olduğu naharın hansı yeməklərdən ibarət olduğunu açıqlayıb.

Kriminal.Az xəbər verir ki, D.Skavino bu barədə "X" sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinə pomidor, kələm və qulançardan yaşıl salat verilməli idi.

Qonaqlar üçün əsas yemək qismində toyuq hazırlanmışdı. Desertə isə krem-brüle, müxtəlif giləmeyvə və sitrus peçenyesi nəzərdə tutulmuşdu.

Lakin fevralın 28-də Tramp-Zelenski görüşü qalmaqalla başa çatdığına görə nahar ləğv edilib.

Top
0.052712917327881