"Ukraynanın Vaşinqtondakı səfiri və Volodimir Zelenskinin müşavirləri gözləri yaşararaq Donald Tramp ilə danışıqların davam etdirilməsini xahiş edirdilər".
Kriminal.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti qaş düzəldən yerdə göz çıxardı: "Zelenskinin davranışı tamamilə qəbuledilməz idi. Biz sülhün əldə edilməsi üçün yeni yanaşma tətbiq etməyə yönəlmişik".