Rusiyanın Starı Oskol şəhərində "Kazak partiyası"nın regional şöbəsinin keçmiş sədri Albert Qriqoryan 2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Kriminal.Az "Baza" "Telegram" kanalına istinadla xəbər verir ki, o, yetkinlik yaşına çatmayanlar arasında fahişəliyin təşkilində təqsirli bilinib.
Starı Oskol məhkəməsi A.Qriqoryanı yetkinlik yaşına çatmayanların iştirakı ilə fahişəliyi təşkil etməkdə və onlardan seksual xidmətlər almaqda təqsirli sayıb.
Məlumata görə, sözügedən xidmətlər A.Qriqoryanın sahibi olduğu "Veqas" klubunda təklif olunub.