kriminal.az
Fransada rekord sayda dustaq var: Məhbuslar matraslar üzərində yatmalı olurlar

Fevralın 1-nə olan vəziyyətə görə, Fransa həbsxanalarında məhbusların sayı rekord - 81 min 599 nəfərə çatıb, bu da sistemin maksimum doluluq həddini 19 min yer üstələyir.

Kriminal.Az-ın "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bir sıra müəssisələrdə doluluq 200 faizi keçir, bu da minlərlə insanı döşəmədə matraslar üzərində yatmağa məcbur edir.

Bildirilir ki, fevralın 1-nə Fransa həbsxanalarında 81 min 599 məhbus olub. Bu say ölkənin penitensiar sisteminin tutumunu (62 min 363 yer) əhəmiyyətli dərəcədə üstələyir.

Beləliklə, həbsxanaların ümumi doluluğu 130,8 faiz təşkil edib, bəzi müəssisələrdə isə bu rəqəm 200 faizi keçir, bu da 4,49 min nəfəri döşəmədə matraslar üzərində yatmağa məcbur edir.

Top
0.050889015197754