kriminal.az
Rusiyada yemək müsabiqəsi FACİƏ İLƏ BİTDİ: Qadın qəfil öldü

Rusiyanın Krasnoyarsk diyarının Kuraqinski rayonunda qadın "blinçik" yeyərkən boğularaq ölüb.

Bu barədə Kriminal.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 36 yaşlı Natalya adlı qadın "Maslenitsa" bayramını qeyd etmək üçün şənliklərin, konsert proqramlarının və müsabiqələrin keçirildiyi Berezovskoye kəndindəki meydana gəlib. O, burada "blinçik" yeyilməsi üzrə yarışmaya qatılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qadın qalib gəlməyi o qədər istəyirdi ki, ağzını "blinçik"lə həddindən artıq doldururdu və demək olar, çeynəmirdi. Və bir məqamda qadın boğulmağa başlayıb. Festivalda növbətçi olan həkimlər ona kömək etməyə çalışsalar da, Natalyanın həyatını xilas etmək mümkün olmayıb.

Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi davam edir. İlkin ehtimallara görə, qadın yarışa qatılmamışdan spirtli içki də qəbul edibmiş.

Top
0.061866998672485