Rusiyanın Primorye diyarında meşə yanğınları başlayıb.
Kriminal.Az lenta.ru-ya istinadən xəbər verir ki, bir neçə qəsəbədə yanğınlar evlərə yaxınlaşıb.
Naxodka, Partizansk və Xasan rayonlarında tarlalar yanır və son sutka ərzində Rusiya Fövqəladə Hallar Nazirliyi 3 454 hektar sahədə 10 yanğın hadisəsini qeydə alıb.
Hökumət orqanları 14 rayonda yanğın əleyhinə rejim, Naxodkada isə yüksək hazırlıq rejimi elan edib.