ABŞ Prezidenti Donald Tramp 20 min amerikalı əsgərin Avropadan çıxarılmasına göstəriş verə bilər ki, bu da Avropanın təhlükəsizliyi üçün əsl kabus ola bilər.
Kriminal.Az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzeti mənbələrə istinadən məlumat verib.
"Tramp administrasiyasının avropalı müttəfiqləri ilə dərinləşən fikir ayrılığı və ABŞ qoşunlarının sayını azaltmaq təklifləri Avropanın İkinci Dünya Müharibəsindən bəri təhlükəsizliyini dəstəkləyən ABŞ-yə nə qədər arxalana biləcəyi ilə bağlı narahatlığını artırıb", - nəşr yazıb.
Qeyd olunur ki, Avropa liderləri ABŞ kontingentinin hər hansı ixtisarı baş verərsə, bunun Vaşinqton və Moskva arasında danışıqların nəticəsi olmayacağına dair zəmanətlərə sahib olmaq istəyirlər.