Buz üzərində motoyarışlar üzrə dünya çempionu İqor Kononov Ufada Rusiya çempionatının final mərhələsi zamanı rəqibin motosikletinin təkərinin altına düşüb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Meqa-Lada" idman klubunun "Telegram" kanalı məlumat paylaşıb.
Qeyd edilir ki, dönmə zamanı İ.Kononov idarəetməni itirib. Əvvəlcə o, çəpərə çırpılıb, sonra isə digər idmançının motosikletinin altına düşüb.
Hadisə nəticəsində 37 yaşlı idmançının onurğası sınıb. O, xəstəxanaya aparılıb.