kriminal.az
Zelenski kral III Çarlz ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı III Çarlz ilə Norfolkdakı Sandringem malikanəsində görüşüb.

Bu barədə Kriminal.Az "Sky News"a istinadla xəbər verir.

V.Zelenski Londondan helikopterlə qalxaraq kral və kraliçanın malikanəsinə gəlib. Kral siyasətçini şəxsən qarşılayıb.

Tərəflər bir az söhbət ediblər və içəri keçməzdən qabaq eyvanda birgə şəkil çəkdiriblər.

Top
0.052263975143433