kriminal.az

"Bayer Leverkuzen" futbolçusu Conatan Ta mövsümün sonunda Almaniya klubundan ayrılacaq.

Kriminal.Az xəbər verir ki, 29 yaşlı müdafiəçi "Bayer Leverkuzen"lə yeni müqavilə şərtlərini razılaşdıra bilməyib.

Almaniyalı oyunçunun yayda başqa komandaya keçmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, Conatan Ta cari mövsümdə "Bayer Leverkuzen"nin heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023/2024 mövsümündə klubla Almaniya Bundesliqasının qalibi olub.

Top
0.052705049514771