kriminal.az

"Kəpəz" heyətini 26 yaşlı keniyalı mərkəz müdafiəçisi Conston Omorua ilə gücləndirir.

Kriminal.Az xəbər verir ki, futbolçu bu həftənin sonuna kimi komandaya qatılacaq.

Keniyalı ilə klub arasında üç aylıq müqavilə imzalanacaq. Qərblilər mövsümün sonunda Premyer Liqada qalarsa, afrikalıyla anlaşma daha bir il müddətinə uzadılacaq.

2019-cu ildən bu yana Keniya millisinə çağırılan və bu müddətdə 21 oyuna çıxan arxa xətt oyunçusu son olaraq Səudiyyə Ərəbistanında forma geyinib.

"Abha"dan ayrılandan bəri klubsuz qaldığından, "Kəpəz"in heyətinə azad agent statusu ilə qoşulur.

Qeyd edək ki, "Kəpəz" qış transfer pəncərəsində "Turan Tovuz"dan Sadiq Şəfiyevi, gürcüstanlı Rati Ardazişvilini, tacikistanlı Şervoni Mabatşoevi və maltalı Trent Buhagiarı transfer edib.

Top
0.050271034240723