kriminal.az
Cüdoçularımız

Azərbaycan cüdoçuları bu gün Gürcüstanın paytaxtı Tbilisidəki "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcəklər.

Oxu.Az xəbər verir ki, ilk yarış günü beş cüdoçumuz dörd çəki dərəcəsində (üç kişi və iki qadın) tatami üzərinə çıxacaqlar.

Kişilər arasında Murad Muradlı (60 kq), Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadınların yarışında isə Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaq.

Qeyd edək ki, yığma turnirdə səkkiz çəki dərəcəsində 11 cüdoçu (yeddi kişi, dörd qadın) ilə təmsil olunacaq.

Top
0.054040193557739