kriminal.az
Çempionlar Liqasının 2027-ci il final oyunu nə səbəbdən Bakıda keçirilməyəcək?

Çempionlar Liqasının 2027-ci ildə keçiriləcək final oyununun Madriddəki "Metropolitano"ya verilməsinin səbəbi müəyyənləşib.

Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, namizədlər arasında Bakı Olimpiya Stadionu olsa da, həlledici görüşün məkanı öncədən müəyyən edilib.

Əslində, final matçının əvvəlcə "San Siro"ya verilməsi ehtimal olunurdu. Lakin tikinti işlərinə görə Milandakı arena bu hüquqdan məhrum edilib. Ondan sonra "Metropolitano" variantı qəbul olunub. Bakı Olimpiya Stadionu isə alternativ arena kimi siyahıya əlavə edilib. Bildirilib ki, "Atletiko"nun stadionu qəbul edilməsəydi, o zaman final görüşü Bakıya veriləcəkdi.

Top
0.052523851394653