kriminal.az
Azərbaycan millisinin Haiti ilə qarşılaşması üçün start heyəti açıqlandı

Yoxlama oyununda qarşılaşacaq Azərbaycan və Haiti yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Ozan Can Kökcü, Coşqun Diniyev, Nəriman Axundzadə, Mahir Emreli, Toral Bayramov;

Haiti: Pyerr, Eksperiens, Ade, Düvern, Arkus, Jan-Yaskes, Pyerr, Attis, Pyerro, Don Dedson, Nazon.

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Xatırladaq ki, oyun saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.

22 mart

Yoldaşlıq görüşü

Saat 21:45, Azərbaycan - Haiti.

Top
0.050935029983521