kriminal.az
Azərbaycanın U-17 millisi də Belarusa məğlub oldu

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi yoxlama görüşündə məğlub olub.

Oxu.Az xəbər verir ki, Minskdə təlim-məşq toplanışında olan Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus 3:0 hesablı qələbə qazanmışdı.

Top
0.058052062988281