"Qazaxıstan Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını və dövlətlərarası münasibətlərin qurulmasını alqışlayır".
Kriminal.Az-ın "Kazinform"a istinadən xəbərinə görə, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqları zamanı deyib.
Tokayevin fikrincə, bu əlamətdar hadisə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasının xəbərçisinə çevriləcək və həm Qazaxıstan, həm də bütün Mərkəzi Asiya ölkələri ilə regionda təhlükəsizliyin möhkəmləndirilməsinə və əməkdaşlığın fəal inkişafına töhfə verəcək.