Ermənistanda "Ana Ermənistan" müxalifət blokunun 12 tərəfdarı saxlanılıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə blokun Gümrü meri vəzifəsinə namizədi Karen Simonyan məlumat verib.
O qeyd edib ki, blokun saxlanılan fəallarından olan Emmaq Qriqoryan azad edilib.
"O, iki övladının gözləri qarşısında stres keçirdikdən sonra həbs edilib, lakin evdə heç nə tapılmayıb", - o bildirib.
Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisi və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçki zamanı xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri başlanılıb.
Komitə bildirib ki, seçiciyə Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkidə namizədliyi irəli sürülmüş partiyaya səs vermək şərti ilə seçici rüşvəti təklif edilib. Həmin icmanın Ağsaqqallar Şurasına deputatlığa namizədliyi irəli sürülmüş partiya üzvünün, eləcə də etibar etdiyi şəxsin xeyriyyə adı altında seçicilərə pul vəd etməsi, əmtəə kimi odun verməsi, küçələrdə asfalt işləri aparması, geyim və digər əmlak alması barədə də məlumat daxil olub.
Ermənistanın hüquq-mühafizə orqanları Gümrüdə mer vəzifəsinə namizəd, "Şərəfim var" fraksiyasından parlament üzvü Martun Qriqoryanın da ofisində axtarışlar aparır.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib.
Ermənistanın hüquq-mühafizə orqanları Gümrüdə "Ana Ermənistan" müxalifət blokunun ofisində axtarışlar aparır.
Kriminal.Az-ın məlumatına görə, bu barədə blokun Mətbuat Xidməti xəbər yayıb.
"Hazırda polis və Antikorrupsiya Komitəsinin əməkdaşları Gümrüdə "Ana Ermənistan" blokunun ofisində axtarış aparır, işimizə mane olurlar", - deyə məlumatda deyilir.
Axtarışlar blokun təşkilati məsələlərlə məşğul olan üzvlərindən biri Ara Voskanyanın evində də aparılıb.
Fraksiya həyata keçirilən axtarışları şəhərin Ağsaqqallar Şurasına seçkidə iştirak edən müxalifət qüvvəsinə hakimiyyətin hücumu kimi qiymətləndirib.