Sabah siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.
Oxu.Az xəbər verir ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış 26 partiya mövcuddur.