Bakıda 27 yaşlı hamilə qadın 4 gün komada qaldıqdan sonra sağlam körpə dünyaya gətirib.
Kriminal.az xəbər verir ki, qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.
O, həkimlərin uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb.
Daha sonra KTM-in Ginekologiya şöbəsində hamiləliyin izlənməsi və müalicəsi üçün müayinələr başlayıb.
07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində mama-ginekoloq Şölə Səfərova qeysəriyyə kəsiyi əməliyyatı icra edib.
Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb.
Həmidə İbrahimova