kriminal.az
Həkimdən həyəcan təbili: Qərar çıxarılası məsələdir

“Ölkədə doğum sayı ilbəil azalır. Bu, yaxşı hal deyil”.

Kriminal.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, ölkəmizdə ailə əksər hallarda nəsil artırmaq üçün qurulur:

“Sevgi var, amma evlənəndən cəmi üç ay sonra hamı zavallı gəlinin üstünə düşür ki, uşağın niyə olmur? Kişi sonsuzluğu da ilbəil artır.

İndi vəziyyət kökündən dəyişib. Evlənmək istəyən azdır. Boşanma sayı isə çoxdur. Elə bil gənclər boşanmaq üçün evlənir. Gəlirlərin az olması, mənzilsizlik və s. bunlar hamısı səbəbdir. Amma 90-larda sosial vəziyyət indikindən qat-qat çətin olsa da, doğum sayı azalmırdı. Əslində, ciddi müzakirə olunub qərar çıxarılası məsələdir”.

Həmidə İbrahimova

Top
0.060746908187866