kriminal.az
Rusiya Ukraynanın bu vilayətlərini də ələ keçirməyə çalışır - Demçenko

Rus ordusu Ukrayna ərazisində döyüş zonasını genişləndirmək cəhdlərini davam etdirərək Sumı, Çerniqov və Xarkov vilayətlərini də ələ keçirib orada “boz zona” yaratmağa çalışır.

Kriminal.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko məlumat verib.

O əlavə edib ki, indi ruslar Ukrayna ərazisində döyüş zonasını genişləndirmək cəhdlərini dayandırmır, hücum əməliyyatları keçirir, texnika və şəxsi heyəti cəlb edir, lakin ukraynalı əsgərlərin hərəkətləri sayəsində öz məqsədlərinə nail ola bilmir. “Rus ordusu bu üç ərazidə davamlı olaraq atəşə tutmaqdadır. Atılan mərmilərin sayı azalmır, əksinə, artır”, - o qeyd edib.
Demçenko bildirib ki,  rusların məqsədi  bu əraziləri ələ keçirib  “boz zona” yaratmaqla aktiv döyüş zonasını konkret olaraq Ukrayna ərazisinə keçirməyə çalışırlar.

Qeyd edək ki, bir müddət əvvəl prezident Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski  də rusların Sumı, Xarkov və Çerniqov vilayətləri ərazisində bufer zona yaratmaq niyyətinin olduğunu bəyan ediblər.

 Mürtəza
Kriminal.az

Top
0.053816795349121