kriminal.az
Torpaq sürüşməsi kəndi tamamilə məhv etdi: 1000 ölü

Sudanın qərbindəki Darfur bölgəsindəki Tarsin kəndində torpaq sürüşməsi nəticəsində    kənd tamamilə torpaq altında qaldığından  bütün kənd sakinlər də ölüb.
Kriminal.az xəbər verir ki, Tarsin kəndində torpaq sürüşməsi nəticəsində 1000-ə yaxın insanın öldüyü bildirilir.

Sudan Azadlıq Ordusundan verilən açıqlamada dağlıq əraziyə yaxın olan kənddə güclü yağışdan sonra böyük torpaq sürüşməsi baş verib və nəticədə bütün kəndlilər həyatını itirib. Məlumatda deyilir ki, yalnız bir nəfərin möcüzə nəticəsində sağ qalıb.
Hazırda xilasetmə işləri davam edir.

Yerli mənbələrdən verilən məlumata görə, ətraf kəndlərdə yaşayan insanlar oxşar sürüşmələrin baş verə biləcəyindən ehtiyat etdikləri üçün böyük qorxu içindədirlər.

 Mürtəza

Top
0.067704916000366