İspaniyada bir müştəri qəzəbləndiyi üçün getdiyi restoranı yandırıb.
Kriminal.az xəbər verir ki, buna səbəb isə restoranda mayonezin bitməsi olub.
Hadisə avqustun 21-də İspaniyanın Sevilya şəhərinin Los Palacios y Villafranca qəsəbəsində baş verib.
Belə ki, adı açıqlanmayan 50 yaşlı kişi oğlu ilə “Las Postas” adlı kafeyə gələrək iki sendviç sifariş edib. O, iki ofisiantdan mayonez olub-olmadığını soruşub, mənfi cavab aldıqdan sonra çıxıb gedib.
Məlumatlara görə, şübhəli şəxs bir neçə dəqiqə sonra kafeyə 1,5 litrlik benzin şüşəsi ilə qayıdıb. O, kafeni yandırdıqdan sonra qaçsa da, polis tərəfindən qısa zamanda ələ keçirilib.
Hadisə anbaan təhülkəsizlik kameralarına düşüb.
İşçilər yanğını tez bir zamanda söndürüb.
Yanğında biri azyaşlı uşaq olmaqla 3 nəfər yüngül xəsarət alıb.
Şübhəlinin əmlaka ziyan vurma, yandırma və təhlükə törətməkdə ittiham ediləcəyi gözlənilir.
Billurə