kriminal.az
Tramp indi də gözünü bura dikib

ABŞ prezidenti Donald Tramp ölkəsinin  strateji  əhəmiyət kəsb edən mineral ehtiyatlarını təmin etmək üçün yeni sərəncam hazırlayır. 

Ölkə. Az “Financial Times”ə istinadən xəbər verir ki, Tramp administrasiyası Sakit Okeanın dəniz dibində tapılan nadir torpaq elementləri və digər strateji  əhəmiyyət kəsb edən metalların istehsalına imkan verən fərman üzərində işləyir.

Fərmanın əsas məqsədi Çindən idxaldan asılılığı azaltmaq və mümkün milli və ya qlobal böhran zamanı ABŞ-ın öz resurslarına sürətli çıxışı təmin etməkdən ibarətdir. 
Nəşrin məlumata görə, ABŞ bu strategiya sayəsində Çinlə mümkün geosiyasi münaqişə vəziyyətində öz ərazisində yerləşən strateji faydalı qazıntılardan daha səmərəli istifadə etmək imkanı əldə edəcək.

ABŞ-ın bu addımının arxasında nadir torpaq elementlərində Çinin qlobal monopoliya mövqeyi dayanır. ABŞ Geoloji Xidmətinin məlumatlarına görə, dünyada nadir torpaq istehsalının təxminən 70 faizi Çin tərəfindən həyata keçirilir. 

Mürtəza
Kriminal.az

Top
0.070797920227051