kriminal.az
"Yalan söhbətdir" - "Uçan" taksinin sürücüsü

“Yayılan şayilərə inanmayın. Allah hər şeyi görür. Bizə nə 10 min, nə də 90 min verilib”.

Kriminal.az xəbər verir ki, bu sözləri Bakıda “Bolt” taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü Anar Nəcəfov deyib.

“Mən nə kiminsə haqqına girərəm, nə də artıq söz deyərəm. Bizə 3-4 min pul yığılıb. İnsanın Allahdan qorxusu olar. O pul bu gün var, sabah yox. İnsan kömək edəndə də Allah yolunda edir. İnsanın düzgünlüyü, kişi sifəti olar. Mənim 51 yaşım var. Bu sözləri deməyə belə utanıram. Maşın söz veriblər söhbəti də yalandır”, - deyə o bildirib.

Xatırladaq ki, sözügedən qəza ötən həftə Heydər Əliyev prospektində baş verib. “Bolt” taksi şirkətinə məxsus avtomobilin sürücüsü idarəetməni itirib, arakəsməni yararaq prospektdə hərəkətdə olan “Ford”a dəyib və yolun bu biri tərəfinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişini xəsarət alıb.

Həmidə İbrahimova

Top
0.076056957244873