Korrupsiya az xəbər verir ki, Bakıda sələmçi şəbəkəsinin fəaliyyəti barədə məlumat daxil olmuşdu. Həmin məlumatda adı hallandırılan və şəbəkənin rəhbəri kimi təqdim edilən Cavid Süleymanov redaksiyamıza açıqlamasında barəsində deyilənləri tam təkzib edib. O bildirib ki, şikayətçi qismində çıxış edən Tural Rüstəmovun onun və ailəsi barədə söylədikləri heç biri həqiqətə uyğun deyil:
“Mənim Tural İsmayılov adlı şəxslə heç bir tanışlığım, işbirliyim olmayıb. O, hansısa lombarddan danışır, halbuki həmin lombard mənə yox, MMC-yə məxsusdur, mən əvvəl orada işlədiyimə görə indi mənim də adımı həmin lombardla hallandırmağa cəhd edirlər. Bu məsələnin mənə heç bir aidiyyəti yoxdur, əslində bunu həmin şəxs özü də bilir”.
C.Süleymanov bildirib ki, problem Tural Rüstəmovun da tanıdığı Ramin adlı şəxslə yaranmış problemdən qaynaqlanıb: “Problem Ramin adlı şəxsin qızıl adı ilə rənglənmiş dəmir satmasından qaynaqlanıb. Bu isə bizim işgüzar nüfuzumuza xələl gətirdiyinə görə Raminlə bütün əməkdaşlığı dayandırmışıq. Tural Rüstəmov da özünü Raminin vəkili kimi aparır. Bundan sonra məndən intiqam almağa çalışırlar və bunun üçün müxtəlif vasitələrdən istifadə edirlər. Hətta, guya kiminsə intihar etdiyinə dair yalan xəbərlər yaydılar. Halbuki hüquq-mühafizə orqanları xəbərləri araşdırıb və tamamilə yalan olduğu qənaətinə gəlinib. Bu hadisələrdən sonra onunla bütün işbirliyini dayandırdıq, çünki fırıldaqçılıqla məşğul idi.
Onun bu fəaliyyəti bu seqmentdə olan hər kəsə yaxşı məlumdur. Məndə olan məlumata görə, Tural Rüstəmov əvvəl polis orqanlarında işləyib, ancaq qanunsuz hərəkətlərə yol verdiyinə görə işdən qovulub”.