Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəlib.
Kriminal.az -ın məlumatına görə, bu qərar general-polkovnikin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədardır.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir.