kriminal.az
Azərbaycan Ermənistan və Fransaya çağırış edib

Ermənistanda aprelin 23-də kütləvi küçə yürüşü zamanı Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir.

Kriminal.az ” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

O əlavə edib ki, Azərbaycan həm Ermənistana, həm də bənzər əməlin ötən gün baş tutduğu Fransaya belə qəbuledilməz addımların qarşısını almaqla bağlı çağırış edib.

Top
0.054500818252563