kriminal.az
Pezeşkiandan Ərdoğana: Cənubi Qafqazda istənilən xarici hərbi qüvvənin mövcudluğuna qarşıyıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Məsud Pezekian  Ermənistan və Azərbaycan arasında əldə olunan son razılaşmaları da müzakirə ediblər.

Kriminal.az xəbər verir ki,  Ərdoğanla Pezeşkian bu məsələni Çində ŞƏT sammiti çərçivəsində baş tutan görüş zamanı müzakirə edib.
Pezeşkian Ermənistan və Azərbaycan arasında regionda sülhün sabitləşməsinə yönəlmiş sazişləri dəstəklədiyini qeyd etməklə yanaşı, Cənubi Qafqazda istənilən xarici hərbi qüvvənin mövcudluğuna qarşı çıxış etdiyini bəyan edib.
Türkiyə prezidenti isə öz növbəsində İraqda siyasi sabitliyin, eyni zamanda Qafqazda sülhü təmin etmək üçün Azərbaycan və Ermənistan liderləri ilə davam edən məsləhətləşmələrin vacibliyini qeyd edib. 

Mürtəza

Top
0.06767201423645