kriminal.az
Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri pozmaq niyyətində deyil

İrəvan Moskva ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil, çünki iki ölkə arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır.

Kriminal.az ” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tallində estoniyalı həmkarı Kristen Mixal ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Ermənistanın xarici siyasəti müxtəlif istiqamətlərdə qurulub. Ermənistanla Rusiya arasındakı münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub və qurulacaq da. Amma mən çox aydın şəkildə demək istəyirəm ki, Ermənistanda çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr olur, fikrimcə. Bizim Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətimiz yoxdur. İrəvan bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən Azərbaycanla və Türkiyə ilə yaxşı münasibətlər qurmağı hədəfləyir”, - o deyib.

Top
0.055418968200684