kriminal.az
3 gün su olmayacaq

Sumqayıtın bəzi ərazilərində suyun verilməsində fasilələr yaranacaq.

Bu barədə Kriminal.az -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

1-3 may tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Top
0.059256076812744