kriminal.az
Heydər Əliyev Mükafatı indiyədək kimlərə verilib? - SİYAHI

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı verilib.

Kriminal.az -ın modern.az-a istinadən məlumatına görə, Heydər Əliyev Mükafatı sonuncu dəfə 2023-cu ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bəstəkar Rauf Abdullayevə verilmişdi.

Heydər Əliyev mükafatı ilk dəfə 2009-cu ildə təqdim olunub. Əsasnamədə göstərilən məhdudiyyətə baxmayaraq (əsasnaməyə görə, Heydər Əliyev mükafatı hər il yalnız bir nəfərə verilə bilər) 2009-cu ildə mükafatı üç nəfər alıb: heykəltaraş, xalq rəssamı Ömər Eldarov, bəstəkar, xalq artisti Arif Məlikov, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva.

2011-ci ildə yazıçı Anar Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

2015-ci ildə Xalq rəssamı Tahir Salahov "Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə" bu mükafatı alıb.

2017-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Xalq yazıçısı Nəriman Həsənzadəyə Heydər Əliyev Mükafatı verilib.

2019-cu ildə Azərbaycanın tanınmış mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bəstəkar Rauf Abdullayevə Heydər Əliyev Mükafatı verilib.

Top
0.061637878417969