kriminal.az
Sabah bu qəsəbələrdə qaz olmayacaq

Bakının Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının ləğv edilməsi məqsədi ilə bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə Kriminal.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-bərpa işləri aparılır. D. Bünyadzadə, Ə.Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Həmçinin Sabunçu rayonu, Maştağa və Bilgəh qəsəbələrindəki orta təzyiqli yeraltı qaz kəmərində də təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən mayın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa və Bilgəh qəsəbələrində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatının (qocalar evi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Top
0.056726932525635