2024-cü il üzrə ali təhsil müəssisələrinə ərizə qəbulu sayı 118503, buraxılış imtahanlarında iştirakçı sayı isə 107586 nəfər olub.
Kriminal.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfrasında deyib.
"2025-ci il üzrə ali təhsil müəssisələrinə ərizə qəbulu sayı 130641, buraxılış imtahanlarında iştirakçı sayı 119296 nəfər olub", - M. Abbaszadə əlavə edib.
O bildirib ki, 2024-cü il ilə müqayisədə 2025-ci ildə ali təhsil müəssisələrinə ərizə qəbulu sayı12138 nəfər artım olub. Buraxılış imtahanlarında isə 11710 nəfər artım olub.