kriminal.az
Bakı-Sumqayıt sərnişin qatarlarının Müstəqillik Günündəki qrafiki açıqlanıb

Qeyri-iş günü elan edilmiş 28 May - Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq.

Bu barədə Kriminal.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə www.ady.az rəsmi internet saytında və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.

Top
0.060688018798828