kriminal.az
TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi

Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Azərbaycandan Qazaxıstana keçib.

Kriminal.az -ın xəbərinə görə, bu barədə TÜRKPA Şurasının Astanada keçirilən 14-cü iclasında qərar qəbul edilib.

Belə ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova sədrliyi qazaxıstanlı həmkarına təhvil verib.

Top
0.0589759349823