kriminal.az
15 yaşlı idmançımız Avropa çempionatında iki qızıl, bir gümüş medal qazandı

İspaniyanın paytaxtı Madriddə ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

Kriminal.az  xəbər verir ki, ikinci yarış günü Azərbaycan atletlərindən Musab Məmmədtağıyev mübarizəyə qoşulub.

U-15 kateqoriyasında 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.

Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.

Top
0.059749841690063