kriminal.az
Kreml: Bakının narahatlığını haqlı bilirik

Biz Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Bakının narahatlığını və haqlı narahatlığını bilirik. 

Kriminal.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Qondarma missiyanın əməkdaşlarının nə işlə məşğul olduqları məlumdur. Onlar Ermənistanın qonşu ölkələrinə casusluq edirlər. Təbii ki, onlar İrəvana hesabat vermirlər və regionda heç bir sabitliyə töhfə vermirlər”, - Zaxarova qeyd edib.

Ermənistanda yerləşən Rusiya hərbi bazasına gəlincə Zaxarova bildirib ki, hərbi bazanın çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal almamışıq.

“İrəvan başa düşür ki, Rusiyanın hərbi mövcudluğu regionda təhlükəsizlik arxitekturasının mühüm elementidir. Bazanın yerləşdirilməsi və istismarı Ermənistan və Rusiya arasında müvafiq ikitərəfli sənədlərlə tənzimlənir. Bu sual heç vaxt Azərbaycanla qarşılıqlı fəaliyyətimizin kontekstində və müstəvisində heç kim tərəfindən qaldırılmayıb”, - Zaxarova bildirib.

Mürtəza
Kriminal.az

Top
0.058920860290527