Xəbər verdiyimiz kimi, Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Kriminal.az "Operativ Media"ya istinadən xəbər verir ki, Ermənistanla ikitərəfli görüş Azərbaycanın israrı ilə baş tutub.
"Tərəflər üçüncü qüvvələrin prosesdə iştirakına ehtiyac görmürlər. Ermənistan Azərbaycanın təklif etdiyi sülh konsepsiyasını qəbul edir", - deyə bilirilir.
Operativ Məlumat Mərkəzi isə qeyd edir ki, görüşdə sülh müqaviləsi imzalanmayacaq, sülh müqaviləsi müzakirə olunacaq: "Habelə görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ də danışılacaq. Görüş məkanını Azərbaycan seçib".
Bundan əlavə, görüş zamanı diqqət çəkən məqam Prezident İlham Əliyevin siyasi etiket nümayiş etdirərək Ermənistan nümayəndə heyəti ilə görüşməsi olub. Belə ki, Nikol Paşinyan Azərbaycanın dövlət başçısının hərəkətini təkrarlayıb.
Həmçinin Azərbaycan və Ermənistan liderlərinin görüşündə iştirak edən nümayəndə heyətlərinin tərkibi məlum olub:
Azərbaycan:
● Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev
● Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
● Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
● Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev
Ermənistan:
● Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
● Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
● Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan
● Ermənistanın parlament sədrinin müavini Ruben Rubinyan.