“İnter Mayami”nin ulduz hücumçusu, argentinalı Lionel Messi ABŞ-nin Peşəkar Futbol Liqası (MLS) tarixində ardıcıl dörd oyunda dubl (bir oyunda iki qol) edən ilk futbolçu olub.
Kriminal.az xəbər verir ki, bu barədə məlumat MLS-in rəsmi saytında dərc olunub.
10 iyulda “İnter Mayami” “Nyu-İnglend Revolyuşn” komandasını 2:1 hesabı ilə məğlub edib. Messi həmin görüşdə 27-ci və 38-ci dəqiqələrdə fərqlənib.
Bundan əvvəl Messi “Monreal”lə oyunlarda (4:1 və 4:2) hərəsində iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. “Kolumbus Kryu” ilə görüşdə isə ulduz futbolçu 2 qol və 2 assistlə seçilib (5:1).
Son dörd matçda Messinin aktivində ümumilikdə 7 qol və 4 məhsuldar ötürmə var.