kriminal.az
Messi diskvalifikasiya oluna bilər

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in Ulduzlar Matçında iştirakdan imtina etdiyi üçün cəzalandırıla bilər. 

Kriminal.az ” xəbər verir ki, bu barədə “The Touchline” nəşri ESPN-ə istinadən məlumat yayıb.

38 yaşlı argentinalı futbolçu sözügedən qarşılaşmadan öncə komandanın məşqinə qatılmayıb. O, MLS turnirində bir oyunluq diskvalifikasiya oluna bilər. 

MLS-in ulduzlarından ibarət komanda 23 iyulda Meksika çempionatının ən yaxşılarından qurulan heyətlə qarşılaşacaq.

Qeyd edək ki, Messi bu mövsüm “İnter Mayami”nin heyətinə 29 oyunda 24 qol vurub və 8 məhsuldar ötürmə verib. 

Top
0.060529947280884