kriminal.az
46 il əvvəl Buddaya qurban olaraq kəsilən əl çürüməyib

Vyetnamda 46 il əvvəl Buddaya "qurban edilən" bir rahibin əli bu günədək heç bir çürümə əlaməti göstərmədən qorunub saxlanılıb.

Kriminal.az xəbər verir ki, bu barədə Vietnam.net məlumat yayıb.

Pyan Çonq Kiyem, daha çox rahib Kiyem kimi tanınan buddist keşiş, 1979-cu ildə mənəvi mərasim çərçivəsində öz sol əlini Buddaya "qurban verib". O, əvvəlcə əlini taxtadan hazırlanmış lotus çiçəyi formasında altlığa yerləşdirib, barmaqlarını meditativ “mudra” vəziyyətinə salıb və sonra bıçaqla özü kəsib. Hadisədən sonra huşunu itirib. Ayıldıqdan sonra isə yarasını yarpaqla və libasının bir hissəsi ilə sarıyıb.

Kəsilmiş əl məbədin bağçasında torpağa basdırılıb və bir həftə sonra ibadətə gələn şəxslərdən biri tərəfindən heç bir çürümə və dağılma əlaməti olmadan aşkarlanıb.

Hazırda həmin əl ailənin evində yerləşən qurbangahda, şəffaf kristal qutuda saxlanılır. Yerli sakinlər onu "almaz relikviya" adlandırır və ruhani oyanışın simvolu kimi ziyarət edirlər.

Rahib Kiyem 2018-ci ildə 78 yaşında vəfat edib. Onun bacısı oğlu Pyan Çonq Tyonq deyir:
“O bizə sadə yaşamağı və başqalarına kömək etməyi öyrədirdi”.

Top
0.063057899475098